Pedaqoji Şura keçirildi

16 sentyabr 2021-ci il tarixində məktəbdə  pedaqoji işçilərlə Pedaqoji şura iclası keçirildi. İclasda məktəbin direktoru Məlahət Əliyeva çıxış edərək məktəbin keçən  tədris ilindəki uğurlarından danışdı, pedoqoji kollektivə yeni dərs ilində yeni nailiyyətlər arzuladı. O, 44 günlük Vətən müharibəsində Müzəffər ordumuzun  şücaətindən danışaraq Ölkə başçısı, Ali Baş Komandana apardığı uğurlu siyasətinə və bizlərə yaşatdığı bu böyük Qələbəyə görə hər zaman minnətdar olacağımızı xüsusilə vurğuladı. Daha sonra direktor iştirakçıları Pedoqoji şuranın gündəliyi ilə tanış etdi. İclasda “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli Qərarından irəli gələn məsələlərin icrası istiqamətində görüləcək işlər məktəbin pedaqoji kollektivinin nəzərinə çatdırıldı.İclasın gündəliyində aşağıdakı məsələlər müzakirə edilib.

1) 2021-2022- ci tədris ilinin yekunu və  təhsil sistemində islahatlarla əlaqədar tərbiyə- təhsil sisteminin yaxşılaşdırılması  sahəsində yeni dərs ilində kollektivin qarşısında duran vəzifələr.

2) 2021-2022- cu  tədris ili üçün məktəbin illik planının müzakirəsi və təsdiqi.

3) Şagirdlərdə vətənpərvərlik  hissinin aşılanması istiqamətində görüləcək işlər haqqında.

4) Covid-19 pandemiyasına qarşı peyvəndlənmə işinin təşkili və bu istiqamətdə görülən işlər haqqında müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi