Qalib Azərbaycanın ilk məzunları

       İyunun 14-də 2020-2021- ci tədris ilinin məzunları üçün "Son zəng" tədbiri təşkil olundu. “Son zəng” tədbiri Xüsusi karantin qaydalarına tam əməl edilməklə yalnız onbirinci sinif şagirdlərinin, rəhbərliyin və məhdud sayda pedaqoji heyətin iştirakı ilə məktəbin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirildi. 

          “Son zəng” tədbiri Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Məlahət xanım Əliyeva çıxış edərək məzunlara gələcək həyatlarında uğurlar dilədi. Çıxışı zamanı direktor şagirdlərin yerli və beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlardan danışıb, onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı. O həmiçinin ölkəmizin 44 günlük Vətən müharibəsindəki böyük Qələbəsindən, pandemiyanın yaratdığı fəsadlardan söhbət açdı. Direktorun təklifi ilə Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz ruhları bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra buraxılış imtahanlarında yüksək nəticə göstərmiş,tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş şagirdlərə məktəb direktoru tərəfindən Fəxri fərmanlar təqdim olundu.Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nizami müəllim də iştirak edirdi.            .

Məktəbin simvolik “Bilik açarı” 11”A” sinif şagirdi İbrahimli Murad tərəfindən X sinif şagirdi Əliyev İsmayıla təqdim olundu. Sonda Vətən müharibəsində həlak olmuş şəhid İsmayılov Elçin Mübariz oğlunun yadigarı olan məktəbin 1-ci sinif şagirdi İsmayılzadə Ömər tərəfindən məzunlarımız üçün “Son zəng” çaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi