15 iyun - "Milli Qurtuluş Günü"nə həsr olunmuş dəyirmi masa

        15 iyun - "Milli Qurtuluş Günü" məktəbimizdə qeyd edildi. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəmilə Rüstəmova açıq elan edərək, mövzu ətrafında məruzə etdi. Sonra şagirdlər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai,  siyasi, sosial, iqtisadi, elmi mədəni həyatında beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinin başlandığını tarixi faktlara əsaslanaraq vurğuladılar, mövzu ətrafında öz fikirlərini bölüşdülər. Məktəbin direktoru Məlahət xanım Əliyeva Ulu Öndərin uğurlu siyasi fəaliyyəti haqqında çıxış edərək bildirdi ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd məktəbliləri Milli Qurtuluş Gününün tarixi barədə məlumatlandırmaq, onlarda dövlətçilik tariximizə və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi