Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş növbəti onlayn tədbir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci ildə verdiyi sərəncama əsasən 2021-ci il "Nizami Gəncəvi ili" elan edildi. Məktəbin fəaliyyət planına uyğun olaraq 08.06.2021-ci il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Şahpəri Məmmədovanın təşkilatçılığı ilə 8 “A” sinfində Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə onlayn tədbir keçirildi. Müəllim tədbiri açaraq prezidentin 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi sərəncamı haqqında danışdı. Daha sonra dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verdi. Sonda şagirdlərin ifasında çıxışlar dinlənildi, şeirlər söylənildi.