“Fövqəladə vəziyyət haqqında” maarifləndirmə işi aparıldı
Fövqəladə vəziyyət tətbiq edilməsinin məqsədi şəraiti tezliklə normallaşdırmaq, vətəndaşların hüquq və azadlıqlarını, qanunçuluğu və hüquq qaydasını bərpa etmək, təbii fəlakətlərin, ekoloji və başqa qəzaların nəticələrini aradan qaldırmaqdır.
Fövqəladə vəziyyətin tətbiq edilməsi üçün təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar səbəb ola bilər. Şagirdlərdən Nəriman İsmayılzadə, Aylin Şiriyeva, Aysu Teymurzadə, Kənan Mehdizadə, Elnur Nərimanov, Müjgan Sadiqi “Fövqəladə vəziyyət” haqqında fikirlərini yoldaşları ilə müzakirə etdilər.