Müsabiqədə fərqlənən şagirdlər diplomlarla təltif olundular

               Suraxanı rayonu Heydər Əliyev mərkəzi, Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan "Heydər Əliyevin 98-ci ildönümü" ilə əlaqədar şeir müsabiqəsində məktəbimizin 7-ci sinif şagirdi Səmidova Zəhra I yerə layiq görülmüşdür. Həmçinin 5-ci sinif şagirdi Babaşov Ramal II yerə, 7-ci sinif şagirdi Hüseynov Sabir, 8-ci sinif şagirdi Məmmədova Xədicə və Ələkbərli Zəhra fərqlənmə diplomlarına layiq görülmüşlər. Bu mövzu ilə əlaqədar keçirilən inşa müsabiqəsində 9-cu sinif şagirdi Zaidov Qurban III yerə layiq görülmüşdür.11-ci sinif şagirdi Məmmədova Günay isə fərqlənmə diplomu ilə təltif olunmuşdur. Məktəb rəhbərliyi şagirdlərimizi təbrik edərək onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi