Uşaqlar bizim gələcəyimizdir

    01.06.2021-ci il tarixində məktəbin 3 "Ç" sinif şagirdlərinin iştirakı ilə “Uşaqlar bizim gələcəyimizdir” adlı əyani dərs  keçirildi. İlk öncə şagirdlər Azərbaycan Respublikası Dövlət Himnini səsləndirdilər. Sinif rəhbəri Aytac Əliyeva şagirdlərlə onların sevimli məşğuliyyətləri və istəkləri haqqında söhbət apardı. Şagirdlər bu il onlara ən böyük hədiyyənin məhz doğma torpaqlarımızın işğaldan azad olunmasının olduğunu söylədilər. Onlar cənab Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə rəşadətli Azərbaycan Ordusuna təşəkkür etdilər. Daha sonra Vətən uğrunda canından keçmiş zabit və əsgərlərimizin xatirələri yad edildi.

    Müəllim şagirdlərə 1 İyun tarixinin ölkəmizdə və dünyanın digər ölkələrində uşaqlar gününün necə qeyd edildiyi haqqında məlumat verdi.

    Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi