“Yol qaydalarını öyrənirik”

Məktəbimizdə fəaliyyət planına uyğun olaraq 4 “C” sinfində sinif təşkilat saatı “ Yol qaydalarını öyrənirik” mövzusuna həsr olunmuşdu. Müəllim Laminə Əmirzadə hər gün istifadə etdiyimiz yollar və yol qaydaları haqqında məlumat verdi, video-çarx göstərdi.
Sinif təşkilat saatında 23 şagird iştirak etdi. Onlar yol qaydaları, qadağan nişanları, yol keçidləri haqqında məlumat verdilər. Həmçinin işıqforun yaranma tarixi və onun xeyri haqqında da məlumatlar verdilər.