Şagirdimiz məntiq olimpiadasında uğur qazandı
Mayın 8-də Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirildi. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir. Olimpiadada məktəbimizi təmsil edən şagirdlərdən 5 “A” sinfində təhsil alan Məmmədov Ceyhun Nurlan oğlu növbəti mərhələyə vəsiqə qazanmışdır. Şagirdimizə məktəb rəhbərliyi və pedaqoji kollektiv adından uğurlar arzu edirik.