15 may “ Beynəlxalq Ailə Günü”
15 may “Beynəlxalq Ailə Günü” münasibəti ilə məktəbin Fəaliyyət planına uyğun olaraq milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması, sağlam həyat tərzi, ziyanlı vərdişlərin fəsadları, gənclərdə vətənpərvərlik hisslərinin aşılanması və azyaşlı uşaqlarda İnternet təhlükəsizliyinin qorunması mövzularında onlayn görüş keçirilib.
Görüş zoom platforması üzərindən keçirildi. Görüşdə məktəbin təşkilatçısı Sarıyeva Vəfa, UBTR Nəbiyeva Lalə, müəllimlər Hüseynova Sevinc, Məmmədova Şahpəri və 9-11-ci sinif şagirdləri, iştirak etdilər.
Görüşdə o da vurğulandı ki, müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini söyləyərək deyib: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.