"Sən elə bir zirvəsən" adlı onlayn video konfrans

Məktəbin Fəaliyyət planına uyğun olaraq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar "Sən elə bir zirvəsən" adlı onlayn video konfrans keçirildi. Video konfransı açıq elan edən məktəbin direktoru Məlahət xanım Əliyeva dahi liderin siyasi və ictimai fəaliyyətindən məlumat Verdi. Ulu Öndər siyasətinin layiqli davamçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, ölkə tarixinə yazdığı Böyük Zəfər hörmət və qürurla xatırlandı. Peşəsini məsuliyyətlə tədris edən müəllimlər görüşdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən çıxışlar etdilər. Vətənpərvər şagirdlərin ifalarında səslənən şeir nümunələri görüşə fərqli bir rəng qatdı.