Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan onlayn tədbir

Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsi məqsədilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar onlayn tədbir keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şahpəri Məmmədovanın rəhbərliyi və 8 “A” sinfinin iştirakı ilə keçirilən tədbirdə şagirdlərin hazırladıqları təqdimatlar dinlənilmiş və onların Ulu Öndərə həsr etdikləri şeirlər səsləndirilmişdir. Sonda tədbirdə iştirak edən məktəbin təşkilatçısı Vəfa Sarıyeva və UBTR Lalə Nəbiyeva tədbirin ərsəyə gəməsində rolu olan hər kəsə öz təşəkkürlərini bildirdilər.