"Nizami dünyası” adlı intellektual müsabiqənin məktəbdaxili mərhələsi

“Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək, şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılması, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirmək məqsədilə "Nizami dünyası” adlı intellektual müsabiqənin məktəbdaxili mərhələsi keçirildi.
Məktəbdaxili mərhələdə məktəbimizin 9-11-ci sinif şagirdləri iştirak edirdi. Onlardan bir nəfər məktəbimizi növbəti mərhələdə təmsil etmək hüququ qazanacaq. Müsabiqənin digər mərhələlərində şagirdlərə uğurlar arzu edirik.