Şagirdlərimiz fənn müsabiqələrinin final mərhələsinə vəsiqə qazandılar

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri bəlli olub.
Müsabiqənin nəticələrinə əsasən məktəbimizin 6 və 7-ci sinif şagirdləri arasından Əliyev Murad, Məmmədova Nərmin, Ələkbərov Muhammədəli, Babayeva Aysu, Zərbaliyeva Ayan, Vəliyev Rəvan, Əliyev Nihad qalib gələrək ikinci mərhələyə (finala) vəsiqə qazanıb. Fənn müsabiqələrinin final mərhələsinin may ayının sonunda keçirilməsi planlaşdırılır.
VI Respublika fənn müsabiqələrinin birinci mərhələsində şagirdlər fənlər üzrə məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən sualları cavablandırıblar.
Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagirdlərin seçilməsindən ibarətdir. Şagirdlərimizə fənn müsabiqələrinin final mərhələsində də uğurlar arzu edirik.