"Rəşadətli Azərbaycan ordusunun qazandığı uğurlar" mövzusunda onlayn təşkilat saatı

Məktəbin fəaliyyət planına uyğun olaraq Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi məqsədilə tarix müəllimi Gülnarə İsayeva "Rəşadətli Azərbaycan Ordusu" mövzusunda təşkilat saatı keçirdi. Dərs zamanı o, 44 günlük Vətən müharibəsi haqqında geniş məlumat verib. 9 Ç sinif şagirdləri Vətən müharibəsi haqqında əldə etdikləri məlumatları paylaşdılar.
Məktəbin təşkilatçısı Vəfa Sarıyeva dərsə qoşularaq şagirdlərə 44 günlük müharibədə Silahlı Qüvvələrimizin düşmənə qarşı tətbiq etdiyi taktiki yeniliklər, müasir silah və texnikadan istifadə, hərb sənətində istifadə etdiyi yeniliklərdən söhbət açdı. O, eyni zamanda xalqımızın Vətən müharibəsində misilsiz qəhrəmanlığının və qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi üçün Azərbaycan Prezidentinin Sərəncamı ilə paytaxtımızda yaradılan Zəfər Muzeyi və Hərbi Qənimətlər Parkı haqqında da məlumat verdi.