"Qarabağ dünən, bugün və sabah" adlı onlayn rəsm müsabiqəsi

Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında fəaliyyət planına uyğun olaraq məktəbimizdə "Qarabağ dünən, bu gün, sabah" adlı onlayn rəsm müsabiqəsi keçirildi. Məktəbimizin fəal şagirdləri bu müsabiqədə iştirak etdilər. Onlar Qarabağ haqqında eşitdiklərini, gördüklərini yaratdıqları rəsmlərdə nümayiş etdirdilər. Rəsmlərdə eyni zamanda Şuşanın simvolu olan "Xarı bülbül", "Cıdır düzü" də öz əksini tapmışdı.
Müsabiqənin keçirilməsində məqsəd Qarabağ və işğaldan azad olmuş digər bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri,dini ibadətgahları,adət-ənənələri, şifai xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məlumatların dərslərə inteqrasiyası təşkil etməkdir.