Aşıq Ələsgərin 200 illiyinə həsr olunan onlayn tədbir

Məktəbimizdə fəaliyyət planına uyğun olaraq Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirildi.

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir.

Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir.

Məktəbimizin təşkilatçısı Vəfa Sarıyeva, Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Ofelya Həsənova və  7"D" sinif şagirdləri birlikdə maraqlı onlayn tədbir hazırladılar. Şagirdlər əldə etdikləri məlumatları paylaşdılar, şeirlər söylədilər. Sonda Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş videoslayd nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi