Pedaqoji şura keçirildi

13 aprel 2021-ci il tarixində məktəbdə onlayn Pedaqoji şura keçirildi. Məktəbin fəaliyyət planına uyğun olaraq keçirilən Pedaqoji şuranı məktəbin direktoru  Məlahət xanım Əliyeva giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri müəllimlərin diqqətinə çatdırdı. Gündəlikdə duran 1-ci məsələ məktəb kollektivinin COVİD-19 əlehinə vaksinasiyası ilə bağlı maarifləndirmə, 2-ci məsələ IX sinif şagirdlərinin cari ildəki buraxılış imtahanlarına hazırlıq məsələlərinin təhlili, 3-cü mühüm məsələ distant dərslərdə müəllimlərin tədris etdikləri dərslərin daha səmərəli formada təşkili, eyni zamanda distant dərslərdə davamiyyətə ciddi şəkildə nəzarət olunması, 4-cü məsələ cari məsələlər və 5-ci məsələ olimpiada finala düşən şagirdlərlə bağlı idi. Gündəlikdə duran məsələlər təhlil olunduqdan sonra müəllimləri maraqlandıran suallar cavablandırılmış, qarşılaşacaqları problemlərin həllinə aydınlıq gətirilmişdir.

Sonda məktəb rəhbəri bir daha vaksinasiya məsələsinin vacibliyini müəllimlərin diqqətinə çatdırmış və onlara işlərində uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi