31 mart soyqırıma həsr olunan onlayn tarix dərsləri
Tarix fənn müəllimləri məktəbin fəaliyyət planına uyğun olaraq onlayn dərslərdə şagirdləri 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar məlumatlandırıldılar.
Şagirdlərə erməni daşnaklarının 103 il əvvəl xüsusi qəddarlıqla Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında geniş məlumat verilib. Bildirilib ki, martın 31-i ölkəmizdə dövlət səviyyəsində soyqırım günü kimi qeyd edilir. 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Qubada və digər bölgələrimizdə 10 minlərlə azərbaycanlının qətlə yetirildiyi, evləri talan edilərək yurd-yuvasından didərgin salındığı bir daha şagirdlərin diqqətinə çatdırılıb. 31 mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyi, bu hadisənin bir soyqırımı aktı kimi sənədləşdirildiyi bildirilib.