”İnsan alveri və onunla mübarizə qaydaları” haqqında maarifləndirici söhbət
Məktəbin psixoloqu Raya Məhərrəmova fəaliyyət planına uyğun olaraq 9-cu sinif şagirdləri ilə birlikdə ”İnsan alveri və onunla mübarizə qaydaları” haqqında psixoloji maarifləndirmə məqsədilə söhbət apardı. Yeniyetmələr arasında insan alverinin qarşısının alınması ilə əlaqədar aparılan maarifləndirici söhbət onları həyatda ayıq-sayıq olmağa yönəlmişdi. İnsan alveri qurbanı olan yeniyetmə və gənclərin ruhi vəziyyəti, insanların onlara münasibəti haqqında söhbət və müzakirələr aparıldı. Psixoloq insan alverinə qarşı mübarizədə əməkdaşlığın aparılması qaydaları barədə də zəruri məlumatlar verdi.