Elimizin bayramı - Novruz
Müəllimlər şagirdlərə milli bayramımız haqqında geniş məlumat verdilər, çərşənbələrimiz - yel, su, od və torpaq çərşənbələri, tonqaldan tullanmaq, papaq atmaq bir sözlə adət-ənənələrimiz haqqında geniş danışdılar. Süfrələri bəzəyən paxlava, şəkərbura, qoğal, badambura və s. şirniyyatlarımızın hər biri bir səma cismini xatırlatdığını,qoğal günəşin, şəkərbura ayparanın, paxlava göydəki ulduzun rəmzidi. Novruz bayramında rəngarəng yumurtalar boyanır, qulaq falına çıxılır, üzük falına baxılır, papaq atılır. Şagirdlər Novruz bayramına aid hazırladıqları əl işlərini göstərməklə yanaşı şeirlər də söylədilər.