Məişət zorakılığı və onların aradan qaldırılması yolları
Məişət zorakılığı geniş yayılmış problemlərdən biridir. Demək olar ki, əksər ailələrdə o özünü müəyyən formalarda biruzə verir.Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir.Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütünlükdə cəmiyyət üçün təhlükəlidir. Məktəbin psixoloqu Raya Məhərrəmovanın təşkilatçılığı ilə siniflərdə məişət zorakılığı, psixoloji zorakılıq haqqında tədbir keçirilmişdir. Tədbirdə məişət zorakılığının geniş yayılması haqqında şagirdlərə məlumat verilmişdir. Məişət zorakılığının şagirdlərin psixologiyasına göstərdiyi mənfi təsir və onun fəsadları barəsində geniş söhbət aparılmışdır. Bu mövzuda video çarx nümayiş etdirildi.