Müəllim fəxri fərmanla təltif olundu
8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Suraxanı rayon komitəsi tərəfindən məktəbimizin öndə gələn və şagirdlərin yüksək təhsil almalarında müstəsna xidmətləri olan Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Ofelya Həsənovanı fəxri fərmanla təltif etdi. Onu başda məktəb rəhbərliyi Məlahət xanım Əliyeva olmaqla bütün pedaqoji kollektiv təbrik edir.