Abdulla Şaiqin 140 illik yubileyi

        Məktəbimizdə XX əsr Azərbaycan uşaq ədəbiyyatı xəzinəsini zənginləşdirən görkəmli yazıçı Abdulla Şaiqin 140 illik yubileyinə həsr olunmuş tədbirlər keçirildi. Şagirdlər şairin həyat və yaradıcılığı haqqında materiallar, fotolar topladılar və şairin müəllifi olduğu əsərlər haqqında məlumat verdilər.

       Abdulla Şaiq dramaturq, nasir, şair, ədəbi tənqidçi olmaqla yanaşı, eyni zamanda Azərbaycan ədəbiyyatı tarixinin tədqiqatçılarından olub. Respublikamızda uşaq ədəbiyyatının yaradıcısı hesab edilən Abdulla Şaiqin çoxşaxəli ədəbi-bədii yaradıcılığı yalnız uşaq əsərləri ilə məhdudlaşmayıb. O, irihəcmli "Əsrimizin qəhrəmanları”, "Araz”, "Qafqaz çiçəyi”, "Məktub yetişmədi”, "Köç” və s. kimi pyeslərin də müəllifi kimi tanınıb. Abdulla Şaiqin zəngin yaradıcılığı onun çoxsaylı oxucuları tərəfindən maraqla izlənib və daima onun əsərlərinə böyük tələbat olub. Bu əsərlər uşaqların mütaliəsinə rəhbərlik edən tərbiyəçilər, müəllimlər və valideynlər üçün mühüm vasitəyə çevrilib.

       Məktəbimizdə 4-cü və 3-cü sinif şagirdləri yazıçının “Çalışan qazanar” hekayəsini və “Tıq-tıq xanım” nağılını özlərinə məxsus şəkildə səhnələşdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi