Xocalı faciəsinə həsr olunmuş onlayn dərslər

        26.02.2021-ci il tarixində məktəbimizdə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş onlayn dərslər keçirilib. “Xocalı faciəsi"nə həsr olunan dərslər erməni işğalçılarının iki yüz ildən artıq xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırım siyasətinin ən faciəli səhifəsi olan Xocalı hadisələrinə həsr olunub.

       Onlayn dərslərdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edib. Bu faciəni törətməkdə düşmənin əsas məqsədi Azərbaycan xalqını sarsıtmaq, ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək olsa da, tam əksi oldu və bu ağır faciə xalqımızı daha da gücləndirdi, qəhrəman oğul və qızlarımız müqəddəs Vətəni qorumaq naminə daha da mətinləşdi. Ali Baş Komandanımızın qətiyyəti, uğurlu siyasəti nəticəsində erməni terrorçularının   layiqli cavabı verildi.

      Çıxış edənlər 29 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşiliklərdən danışıb,  XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə  qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığını vurğulayıblar.

      Eyni zamanda Xocalı faciəsində törədilən vəhşilikləri əks etdirən videoçarxlar  da nümayiş olunub.

      Sonda isə bu faciələrin qisasının döyüş meydanında necə alındığı, 44 gün ərzində işğal olunmuş torpaqlarımızın azad olunması və şanlı qələbəmiz  bir daha vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi