Lay-lay, Xocalım, lay-lay
Azərbaycanlıların qanına susamış ermənilər məhz 1918-ci ildə Bakıda, Şamaxıda, Lənkəranda, Qubada, Qarabağda və s. bölgələrimizdə başladığı qətliamları 1992-ci ilin soyuq fevral gecəsində Xocalı şəhərində törətməklə sanki erməni faşizmini bu şəhərin yerlə-yeksan timsalında sona çatdırdı.
28 illik həsrət, ürək ağrısı nəhayət, sona çatdı. Sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları ölkə başçımız cənab İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti, ordumuzun qəhrəmanlığı nəticəsində müvəffəqiyyətlə yekunlaşdı. Azərbaycan Qələbə qazandı.
Məktəbdə 7“E” sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Kosayeva Mehribanın rəhbərliyi ilə Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Lay-lay, Xocalım, lay-lay” adlı dərs keçirdilər. Şagirdlər faciəyə həsr olunan şeirlər səsləndirdilər, təqdimatlar hazırladılar.