Şagirdlərimizin uğuru
Bildiyimiz kimi, fevralın 10-da, 11-də, 12-də Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilmişdi. Bu mərhələdə iştirak edən şagirdlərdən beş nəfəri uğur qazanaraq növbəti mərhələdə iştirak hüququ qazanmışdır. Bu səbəblə məktəbin direktoru Məlahət xanım Əliyeva onları fəxri fərmanlarla təbrik etdi. O, növbəti mərhələlərdə də şagirdlərə uğurlar arzuladı.