Xocalı faciəsi - şagirdlərin gözü ilə

İllik fəaliyyət planına uyğun olaraq məktəbimizdə Xocalı faciəsinin 29 -cu ildönümünə həsr olunmuş "Xocalı faciəsi-şagirdlərin gözü ilə" mövzusunda rəsm müsabiqəsi keçirildi.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və şagirdlərin istedadlarını üzə çıxarmaqdan ibarətdir.
Şagirdlər rənglərin diliylə faciəni kağız üzərində əks etdirib, vətənimizə, dövlət rəmzlərimiz və vətənpərvərliyə aid rəsmlər çəkdilər.