Dahi şair Nizami Gəncəviyə həsr olunmuş onlayn dərs

Ölkə başçısı Cənab İlham Əliyev tərəfindən Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir.
Məktəbin fəaliyyət planına uyğun olaraq Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Ofelya Həsənova şagirdləri ilə birlikdə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn tədbir keçirdilər.Tədbirdə şagirdlər Nizami yaradıcılığı haqqında əldə etdikləri məlumatları paylaşdılar və hazırladıqları videoçarxı izlədilər.