"Mənim ana dilim - mənim kimliyim" adlı ədəbi-bədii kompozisiya

      Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.

      Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.

      Məktəbdə fəaliyyət planına uyğun o Xüsusi karantin qaydalarına əməl olunması şərtilə 6“A” sinif şagirdləri azərbaycan dili və ədəbiyyat fənn müəllimi Cəmilə Rüstəmovanın rəhbərliyi ilə ədəbi-bədii kompozisiya hazırladılar.  Şagirdlər ana dilimizə həsr olunan şeirlər söylədilər.Daha sonra Ümummilli lider Heydər Əliyevin ana dilimiz haqqında söylədiyi fikirlər səsləndirildi. Videoslaydlar nümayiş etdirildi. Sonda məktəbin direktoru Məlahət xanım Əliyeva şagirdlərə və əməyi olan müəllimlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi