Əziz Kəlbəcər, sən bizimsən, sən azadsan!

      Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Kəlbəcər rayonunun gözəl və zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri, münbit torpaqları vardır. Rayonun ərazisi 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir.

      Ali Baş Komandanımızın qətiyyətli siyasəti  nəticəsində 44 günlük Vətən müharibəsi ölkəmizin Qələbə qazanması ilə başa çatdı. Nəticədə  Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin üçtərəfli bəyanat imzalaması ilə Şanlı Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil oldu.

      ​Bu münasibətlə Azərbaycan Resbublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etdi: "Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!".

       Məktəbin coğrafiya fənn müəllimi Nazlı Məmmədova 8-ci sinif şagirdləri ilə birlikdə "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Fəaliyyət planına əsasən işğaldan azad olunan Kəlbəcər rayonunun tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri haqqında təşkilat saatı keçirdi.Şagirdlər Kəlbəcər rayonu haqqında biliklərini paylaşdılar. Sonda hazırladıqları videoslaydı nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi