Məğrur şəhər – Laçın
Müzəffər Ali Baş komandanımızın əzmi, qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti nəticəsində Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan azad etdi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu.
"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Ofelya Həsənova işğaldan azad olunmuş Laçın şəhərinin təbiəti, tarixi, tanınmış şəxsiyyətləri haqqında şagirdlərə məlumat verdi. Daha sonra şagirdlər Laçın şəhərinə həsr olunan videoçarxı izlədilər.
https://m.facebook.com/story.php?story_fbid=1425830324415715&id=100009662826315&sfnsn=mo