Şərəfli döyüş yolu keçən müəllim

    44 gün davam edən Vətən Müharibəsində Azərbaycan böyük Zəfər qazandı. Qəhrəman Azərbaycan Ordusu tarix yazdı, düşməni diz çökdürərək işğal altındakı torpaqlarımızı azad edib ölkəmizin ərazi bütövlüyünü təmin etdi.

    Məktəbimizin fiziki tərbiyə fənn müəllimi Cəfərov Elşən Balaşirin oğlu Azərbaycan Ordusunun tərkibində döyüşlərdə bilavasitə iştirak edərək, şərəfli döyüş yolu keçənlər arasında olmuşdur.

    Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə baş leytenant Cəfərov Elşən Balaşirin oğlu “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Onu bu şücaətinə görə məktəb rəhbərliyi və pedaqoji kollektivi ürəkdən təbrik edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi