Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə həsr olunan onlayn tarix dərsi

     BŞTİ-nin tədbirlər planına əsasən əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi ilə əlaqədar məktəbin tarix müəllimi Gülnarə İsayeva 9”Ç” sinif şagirdləri ilə birlikdə onlayn dərs keçirdi. Dərsdə şagirdlərə Dünya Müharibəsi dövründə antifaşıst Müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun həyatı və döyüş yolu haqqında geniş məlumat verilir. Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun könüllü olaraq cəbhəyə yollandığı, daha sonra Fransa Müqavimət hərəkatına qoşulduğu və bu hərəkatın fəal iştirakçısına çevrildiyi şagirdlərin diqqətinə çatdırıldı.

     Onlayn dərsdə Əhmədiyyə Cəbrayılovun xalqımızın qəhrəmanlıq ənənələrini ölkə hüdudlarından kənarda layiqli şəkildə nümayiş etdirdiyi barədə şagirdlərə məlumat verildi. Həmçinin Azərbaycan xalqının adına dünyada şöhrət qazandıran və Müqavimət hərəkatının ən fəal üzvlərindən olan Əhmədiyyə Cəbrayılovun qəhrəmanlıqla dolu şərəfli ömür yolunun Azərbaycan əsgərləri üçün də hünər və cəsarət nümunəsi olduğu bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi