Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya

       25.02.2020-ci il tarixində məktəbin akt zalında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya təqdim olundu. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sukutla yad edildi. Vətənpərvərlik mövzusunda şeirlər, “Ana, mən şəhid oldum”, “Cənab leytenant” mahnıları məktəblilərin ifasında səsləndi.

       Tədbirdə çıxış edən şagirdlər bu dəhşəti “Əsrin faciəsi” adlandırdılar. Zaman – zaman torpaqlarımızın qəsbkarlar tərəfindən işğal olunduğunu vurğuladılar. Onlar qeyd etdilər ki, artıq bizim qüdrətli dövlətimiz, güclü ordumuz vardır. İnanırıq ki, tezliklə torpaqlarımız düşmən tapdağı altından azad olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi