Azərbaycançılıq ideyaları və milli-mənəvi dəyərlərin təbliği
24.02.2020-ci il tarixində məktəbin kitabxanasında “Azərbaycançılıq ideyaları və milli-mənəvi dəyərlərin təbliği” mövzusunda (İ.Şıxlının “Dəli Kür” romanı əsasında) kitab müzakirəsi keçirildi.
Tədbirdə İ.Şıxlının həyat və yaradıcılığından danışıldı, əsərdən milli-mənəvi dəyərlərimizi özündə əks etdirən parçalar oxundu, Novraz bayramına xas olan adət-ənənələr sadalandı. Azərbaycan xalqına xas olan mərdlik, kişilik xüsusiyyətləri Cahandar ağa obrazı timsalında xarakterizə edildi, əsərdən bir parça səhnəcik təqdim edildi.