20 Yanvar faciəsinə həsr olunmuş “Xüsusi dərs”lər

Məktəbdə “20 Yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən, müxtəlif tədbirlər həyata keçirilir. Yanvar ayının 17-də 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan “Xüsusi dərs”lər keçirildi. Məktəbin müəllimlərinin siniflərdə keçirdiyi dərslərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının qəhrəmanlığından söhbət açıldı. Qeyd edildi ki, 20 Yanvar faciəsi yalnız hüzn günü kimi deyil, xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi kimi anılmalıdır. Şəhidlərimizin qəhrəmanlığı hər bir vətən övladına örnək olmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi