1 Mart Mülki Müdafiə Günü

1 Mart Mülki Müdafiə Günü ilə əlaqədar məktəbdə Fövqəladə hallar zamanı mülki müdafiənin təşkili, təbii fəlakətlər və texnogen mənşəli qəzalar zamanı əhalinin mühafizəsi haqqında açıq dərs keçirildi. Həmçinin bu haqda videoroliklər izlənilib, əyani vəsaitlər üzərində praktika aparılıb. Əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı davranış qaydalarını öyrətməkdən ibarət oldu.