İdman sahəsində uğurumuz Azərbaycan Respublikası "TORNADO " TAEKVANDO idman klubunun təşəbbüsü ilə keçirilən IV sinif şagirdi Kənan Şirinli II beynəlxalq turnirdə qalib gəlmişdir. Dəfələrlə Suraxanı rayon Gənclər və İdman İdarəsi idman klubunun keçirdiyi yarışlarda uğur qazanmışdır. Uğurları davamlı olsun !
Cüdo üzrə fəxrimiz Cüdo üzrə 4 e sinif şagirdi Alışov Hüseyn 10 dan çox medallara, tərifnamələrə layiq görülmüşdür. Məktəb rəhbərliyi və kollektivi adından idmançımızı təbrik edir və uğurlarının davamını diləyirik.
2018-ci il Bakı Açıq Birinciliyi keçirildi. "Tornado" Taekvondo idman növü üzrə yarışda çempion oldu. "Xocalı soyqırımı" na həsr olunmuş uşaqlar və yeniyetmələr arasında 2018-ci il Bakı Açıq Birinciliyi keçirildi. "Tornado" Taekvondo idman növü üzrə yarışda 275 nömrəli məktəbin 3 b sinif şagirdi Əliyev Sadiq Bakı çempionu oldu. S.Əliyev dəfələrlə idman yarışı üzrə məktəbin adını yüksəklərə qaldırmışdır. Ona uğurlarının bol olmasını və vətəninə layiqli övlad olmasını arzu edirik.