Abbaslı Emin təltif olunduAbbaslı Emin təltif olundu
8 noyabr "Zəfər Günü"nə həsr olunmuş"Kikboks" üzrə açıq turnirdə 47 kq çəki dərəcəsində 11-13 yaş qrupunda II yer tutduğuna görə Abbaslı Emin təltif olundu.
Abbaslı Eyyubun növbəti uğuruAbbaslı Eyyubun növbəti uğuru
Abbaslı Eyyub Azərbaycan dövləti müstəqillik gününə həsr olunmuş şərq əlbəyaxa döyüş növləri festivalında iştirak edib 15yaş, 70 kq çəki dərəcəsində I yer tutduğuna görə təltif olundu.
27 sentyabr - "Anım Günü"nə həsr olunmuş oğlanlar arasında basketbol idman növü üzrə turnir keçirildi.27 sentyabr - "Anım Günü"nə həsr olunmuş oğlanlar arasında basketbol idman növü üzrə turnir keçirildi.
30.09.2022-ci il tarixində 290 nömrəli tam orta məktəbin idman zalında Suraxanı rayon Gənclər və İdman İdarəsi və 290 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 27 sentyabr - "Anım Günü"nə həsr olunmuş oğlanlar arasında basketbol idman növü üzrə turnir keçirilmişdir. Turnirdə Suraxanı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rəşid Heydərov və 290 nömrəli tam orta məktəbin direktor əvəzi Axirə xanım Məmmədova iştirak etmişdilər.
Yarışın açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edilməsi ilə yarişa start verilmişdir.
Gərgin və maraqlı keçən yarışda məktəbimizin komandası I yeri tutduğuna görə təltif olundu.