Xocalı soyqrımından 24 il keçir

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 24 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.Bu faciə ilə əlaqədar 274 saylı tam orta məktəbdə də tədbir keçirildi tədbirdə ,Qarabağ Azadlıq təşkilatının sədri Barat İmani,Qarabağ Azadlıq təşkilatının sədr müavini Fəridə Əsgərova, QAT idarə heyyətinin üzvü Nəsib Cəfərov ,bir çox Qarabağ veteranı,Müharibə əlilləri ,məktəbin müəllim heyyəti ,şagirdlər iştirak etmişdilər.Tədbiri hazırladı: 274 saylı tam-orta məktəbin Azərbaycan dil ivə ədəbiyyat müəllimi, ədəbiyyat üzrə m/b sədri, bədii qiraət dərnəyinin rəhbəri Yeganə Eliyeva İştirak etdilər: İbadova Fatimə, Qalibli Aytac, Abbasova Leyla, Verdiyeva Zeynəb, Kifayət, Azər, Emrah və Aytac
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi