Nailiyyətlərimiz

Şagirdin nailiyyətiYanvarın 29-da Milli Gimnastika Arenasında Batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirilib. Yarışda ümumilikdə batut üzrə 33, tamblinq üzrə 21 idmançı qüvvəsini sınayıb. Çempionat və birincilikdə məktəbin rus bölməsinin 5 “A” sinif şagirdi Fərhad Mustafayev yeniyetmələr arasında fərdi proqramda batut və tamblinq üzrə yaş kateqoriyalarında mübarizə aparıb və hər iki kateqoriya üzrə II yerə layiq görülüb, diplomlarla təltif edilib.

Şagirdin nailiyyətiMəktəbin 6 “Ç” sinif şagirdi Sahil Abbaszadə “2022-ci il -Şuşa ili”nə və “Gənclər gününə həsr olunmuş İncəsənət müsabiqəsi”ndə qrup və duet nominasiyaları üzrə 1-ci yerə layiq görülüb və diplomlarla təltif edilib.

Şagirdin nailiyyətiAzərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə və şəhidlərinin xatirəsinə həsr olunmuş VI “Arpachay Open” beynəlxalq karate turniri sona yetib. İki gün davam edən turnirin rəsmi açılış mərasimində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, millət vəkili Vüqar İsgəndərov, Rusiya Karate Federasiyasının vitse-prezidenti Viktor Xan, "Arpaçay" Karate Klubunun prezidenti Yavər Hüseynov, eləcə də mərsimə dəvət olunmuş qonaqlar çıxış ediblər. Açılış mərasimində 20 Yanvar şəhidlərinnin ailə üzvləri, həmçinin ictimai təşkilat nümayəndələri, qazilər və tanınmış idman simaları iştitak ediblər. Ənənəvi yarışda Azərbaycan, Rusiya və Ukraynanın 6-7, 8-9, 10-11, 12-13, 14-15, 16-18 və 21 yaşadək karateçiləri iştirak ediblər. Məktəbin rus bölməsinin XI sinif şagirdi Oksana Nakoneçnaya “Kata və kumite yarışlarında iştirak edib, yeniyetmə və gənc idmançılar kateqoriyası üzrə mübarizə aparıb. Yarışın nəticələrinə görə, Oksana 16-17 yaş , 53 kq çəki dərəcəsi üzrə I, 16-17 yaş , 59 kq çəki dərəcəsi üzrə isə II yerə layiq görülüb diplomla təltif edilibdir.

HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəb 1985-ci ...

BİZİM FƏXRLƏRİMİZ

Gültəkin Nəbiyeva Rəhman

Fərhad Mustafayev Adil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi