Müəllim nailiyyətiMəktəbin ibtidai sinif müəllimi Şəhla Qarayeva Zirvə Akademiyanın təşkil etdiyi təlimdə aktiv iştirakına görə diplomla təltif edilib.
Şagirdin nailiyyəti26.04.2022-ci il tarixdə Nizami rayon İcra Hakimiyyəti və Nizami rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan gəncləri narkotiklərə yox deyir!” mövzusunda inşa yazı müsabiqəsinin yekun mərhələsində qaliblər müəyyənləşdirilmişdir.
Məktəbin 6 “C” sinif şagirdi Fidan Qarayeva orta yaş qrupu üzrə II yerə layiq görülüb və diplomla təltif edilibdir.
Şagirdin nailiyyətiMəktəbin 1 “E” sinif şagirdi Hüseyn Həsənli Azərbaycan Fullkontakt və Kyokuşin Karate Federasiyasının texniki və mənəvi tələblərini uğurla yerinə yetirdiyinə görə, bu döyüş sənətində gündəlik məşq və öyrənmə prosesi ilə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etdirməy davam etməyə söz verdiyi üçün Kyokuşin Karate İBİKO-SAKAMOTO təşkilatı tərəfindən KYU - IX dərəcəsinə layiq görüldüyünə görə sertifikatla təltif edilib.