Fənn aylığı çərçivəsində ekskursiya

   Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. May ayı məktəbdə Texnologiya-Musiqi-Təsviri incəsənət-Fiziki tərbiyə fənn aylığı elan olunmuşdur. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Aylığın Tədbirlər Planına uyğun olaraq may ayının 18-də məktəbin texnologiya fənn müəllimləri Məhsəti Cəfərova, Naridə Babayeva, Telli Paşayeva, eləcə də riyaziyyat fənn müəllimi Ülviyyə Əliyeva məktəbin sinif şagirdləri ilə "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi", "Azərbaycan Dövlət Teatr Muzeyi", “Qız Qalası” və "Azərbaycan Milli Xalça Muzeyi" nə ekskursiya təşkil etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi