Bilik yarışı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdi. Bununla bağlı həyata keçiriləcək tədbirlərə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq məktəb üzrə Tədbirlər Planı hazırlanmışdı. Tədbir planına əsasən, məktəbdə “Konstitusiya və Suverenlik İli” ilə bağlı forum, konfrans, simpozium, “Dəyirmi masa”, “Açıq dərs” və seminarların, müxtəlif müsabiqələrin, sərgi və festivalların, elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Mayın 16-da məktəbin 7-ci sinif şagirdləri arasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində bilik yarışı keçirilib. Yarışın qalibi 7e sinfi olmuşdur.