15 may Beynəlxalq Ailə Günüdür

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”
Tədbirlər Planına uyğun olaraq 15 may 2025-ci il tarixində məktəbin 2ə sinif rəhbəri Nabat İsmayılova sinif şagirdləri ilə "15 may Beynəlxalq Ailə Günü"nə həsr olunmuş sinif təşkilat saatı təşkil edib