HAQQIMIZDA

   E.Qaranzadə adına 270 nömrəli tam orta məktəb 1984-cü ildən fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 2237 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 135 müəllim məşğul olur. Siniflərdə şagirdlərin orta sıxlığı 26 nəfərdir. Şagird-müəllim nisbəti 17-dır.Məktəb binasının sahəsi 4521 kv.m-dir. Məktəbin sahəsi 288 kv.m olan bir idman zalı və 192,07 kv.m olan bir bufeti var. Sinif otaqlarının sahəsi 2450 kv.m-dir.Məktəbin əsas binası 2013-cü ildə əsaslı təmir olunub, 19 sinif otağından ibarət 400 yerlik əlavə korpus tikilmişdir. Məktəbdə bütün əlamətdar günlər yüksək səviyyəli tədbirlərlə keçirilir. Bu tədbirlər məktəbin 158,8 kv.m-lik 180 nəfərlik Akt zalında qeyd edilir.Şagirdlərin yüksək şəraitdə təhsil almaları üçün 1 kitabxana,1 oxu zalı,6 kompyüter zalı, 1 ingilis,1 rus dili linqafon otaqları, biologiya, kimya, fizika lobaratoriyaları və 1 oxu zalı, zəngin kitabxanası vardır. Müəllim və şagirdlərimiz məktəbin və rayonun ictimai işlərində fəal iştirak edirlər. 03.05.2017-ci il tarixində "Gülüstan" sarayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" Respublika müsabiqəsinin qalibi şagirdimiz - 9 "D" sinif şagirdi Hüseynzadə Nigar Natiq qızı olmuşdur. Müəllimlər dərslərini günün tələbləri səviyyəsində qururlar. Məktəbin coğrafiya müəllimi İsmayılova Güllü əməkdar müəllimdir. Məktəb hər il adını daşıdığı şəhid Elçin Qaranzadənin ad gününü qeyd edir, onun ailəsi ilə sıx əlaqə saxlayır. 2016-2017-ci tədris ilində 9 şagird 500-dən yuxarı, onların 3-ü isə 600-dən yüksək bal toplayıblar. Bir şagirdimiz İsmayılova Səidə Faiq qızı 695 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür. Bir şagirdimiz də Rəsulzadə Kənan Rəsul oğlu Respublika üzrə fənn olimpiadasında Coğrafiya fənni üzrə I yerə layiq görülmüş və 675 balla ali məktəbə qəbul olub. 2015- ci ildə məktəbin 30 illiyi,şəhid E.Qaranzadənin isə anadan olmasının 40 illik yubileyləri qeyd edilib.2017-2018-ci tədris ilində Hüseynli Aynur Eldar qızı məktəbi qızıl medalla qurtarıb. 2021-2022-ci tədris ilində 71 nəfər məzundan 53 nəfəri ali məktəbə qəbul olunmuş, 10 nəfər 600 baldan yüksək nəticə göstərmişdir. Aydınlı Aytac  Azər qızı  674 bal toplayaraq Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyasının "Kompüter elmləri" ixtisasına qəbul olunub. Dilbazi Ismayıl Rizvan oğlu 667 balla Bakı Ali Neft Məktəbinin " Neft-qaz mühəndisliyi (tədris ingiis dilində) ", Yahyayev Əli Səməd oğlu 667 bal toplayaraq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Kompüter elmləri" ixtisasına, Xanməmmədli Şövkət Ceyhun oğlu 633 balla  Azərbaycan Tibb Universitetinin "Tibb" ixtisasına, Əlizadə Fidan Taleh qızı 637 balla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının " Hüquqşünaslıq " ixtisasına qəbul olunub. Novruzov Fərid  Rövşən oğlu 628 balla Azərbaycan Dövlət İqtisad Universitetinin " İnformasiya təhlükəsizliyi " ixtisasına qəbul olunmuşdur. Əhmədov Elşən Elşad oğlu 622 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin " İnformasiya təhlükəsizliyi" ixtisasına, Aşurov Zamin Möhsüm oğlu 618 balla " ADA " Universitetinin "Kompüter elmləri (tədris ingilis dilində) " ixtisasına, Muxtarlı Əhilman Elnur oğlu 612 balla, Əliyeva Ətirə Xanhüseyn qızı 605 balla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının " Hüquqşünaslıq "ixtisasına qəbul olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi