FƏXRİMİZ

                                                                                     Elçin Nəbi oğlu Qaranzadə

 

    Elçin Nəbi oğlu Qaranzadə 1973-cü ildə sentyabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Əslən Borçalının Saraçlı kəndindəndir.

1980-ci ildə Suraxanı rayonunda I sinfə getmişdir. 1990-cı ildə məktəbin nümunəvi məzunlarından biri olmuşdur. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına toxuculuq fabrikində əmək fəaliyyətinə başlamışdır. O,1991-ci ildən Azərbaycan Milli Ordu sıralarına çağrılmışdır.

  1994-cü ildə Mingəçevir şəhərindəki Hərbi hissədən könüllü olaraq cəbhəyə getmişdir. Onun döyüş yolu Kəlbəcər rayonundan başlamışdır.

  1994-cü ilin martında isə ön cəbhədə vuruşmuşdur.

  1994 -cü ilin may ayının 8-də Murovdağ uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur.

Şəhidin məzarı II Fəxri xiyabandadır.

Suraxanı rayonu 270 nömrəli tam orta məktəb Şəhidin adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi