Bəxtiyar Vahabzadə-100

     21 fevral 2025-ci il tarixində imzalanan Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərancamı əsasında məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Budaqova Kəmalənin təşkilatçılığı ilə Xalq şairi, mübariz bir şəxsiyyət kimi XX əsrin Azərbaycan ədəbiyyatı tarixinə parlaq səhifələr töhfə etmiş, yaratmış Bəxtiyar Vahabzadənin həyat yaradıcılığı yolu mövzusunda “Bəxtiyar Vahabzadə-100” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Kəmalə xanım ilk öncə Bəxtiyar Vahabzadə haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. O, bildirdi ki, şair, dramaturq, ədəbiyyatşunas Bəxtiyar Vahabzadə çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən olub. O, zəngin yaradıcılıq yolu, elmi və pedaqoji fəaliyyəti, fəal vətəndaşlıq mövqeyi ilə müasir Azərbaycan ziyalılığının salnaməsinə qiymətli və yadda qalan səhifələr yazıb.  Tədbirdə şagirdlər şairin həyat və yaradıcılığı haqqında danışıb və yaradıcılığında mühim yer tutan Vətənə, insanın vətəndaşlıq borcuna, Ana dilinə həsr olunmuş şeirləri səsləndiriblər.   Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Samirə Həsənova Bəxtiyar Vahabzadənin “Bir salam dəymədi” şeirini və məktəbin kimya müəllimi Şıxlinskaya Şəhla şairin digər şeirini  səsləndirərək tədbirə daha da rəng qatdılar. Sonda məktəbin direktoru Aygün xanım Əzizova Kəmalə xanıma və tədbir iştirakçılarına bele gözəl tədbir üçün öz təşəkkürünü bildirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi