"Dünya bizim evimizdir" mövzusunda nümunəvi tədbir

      Şagirdlərin ekoloji tərbiyəsini formalaşdırmaq,onların idrak fəallığını inkişaf etdirmək,ətraf mühit sahəsində bilikləri genişləndirmək və maraq oyatmaq məqsədilə 19 aprel tarixində Azərbaycan dili və ədəbiyyat müəlllimi Əhədova Şəfanə  tərəfindən  5"Ç" sinfində  "Dünya bizim evimizdir" (Ətraf mühiti qoruyaq) adlı tədbir  keçirilib. Tədbir “Yaşıl dünya namiinə həmrəy olaq” devizi altında keçirildi. Müəllim şagirdlərə məktəblilər arasında ekoloji maarifləndirməyə diqqətin artırılması, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olunması, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması, tullantılara ikinci həyatın verilməsi və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsinin təşkili, müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə, eyni zamanda su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı geniş məlumatlar verdi.  Həmçinin ətraf mühitin mühafizəsinə töhfə verməyin hər kəsin borcu olduğunu şagirdlərin diqqətinə çatdırıb. Şagirdlər mövzu ilə bağlı çıxışlar edib, sinifdə  müzakirələr təşkil olunub. Eyni zamanda  şagirdlər tərəfindən divar qəzetləri və müxtəlif əl işləri hazırlanıb. Hazırlanmış bütün təqdimatlar tədbir zamanı  nümayiş etdirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi